Ölkəmizdə mühafizə işinin təşkilində başlıca boşluqlar hansılardır? - AYDINLIQ GƏTİRİLDİ
"Bir çox sahələrdə olduğu kimi mühafizə işinin təşkilində də müəyyən boşluqlar, çatışmazlıqlar var. İlk olaraq bu sahəyə baxışı dəyişmək lazımdır. Nəzərə almaq lazımdır ki, mühafizə sahəsi həm insanların həyat və sağlamlıqlarının, həm onların əmlaklarının, həm də ətraf mühitin qorunmasını özündə ehtiva edən ciddi və vacib bir sahədir. Bu sahədə əsas boşluqlar da məhz bu sahəyə biganəlikdən, laqeyd və səhlənkar yanaşmadan irəli gəlir". Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
"Məsələn, hansısa bir sahibkar milyonlarla qiyməti olan bir fabrik, zavod tikir, iş yeri yaradır. Lakin təhlükəsizlik tədbirləri ən sonda yada düşür, bu sahəyə az önəm verilir. Halbuki obyekt tikilərkən, iş yeri yaradılarkən ilk növbədə təhlükəsizlik mütəxəssisləri dəvət olunmalı, onlar əraziyə baxış keçirərək təhlükəsizlik standartlarını, bu sahədə görülməli olan tədbirləri müəyyənləşdirməli və yalnız həmin tədbirlər icra olunduqdan sonra tikintiyə başlanmalıdır. Yəni, hər bir obyekt təhlükəsizlik standartlarına uyğun tikilməlidir. Belə olan halda hər hansı bir qəzanın, xoşagəlməz hadisənin baş verəcəyi təqdirdə həm insan itkisi minimuma enər, həm də obyektə, eləcə də ətraf mühitə az zərər dəyər",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB