İkili soyad hansı məqamlarda problem yarada bilər? - AYDINLIQ GƏTİRİLDİ

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin12 may 2011-ci il tarixli qərarlarına görə, ad, soyad və ata adının dəyişdirilməsini daha səmərəli tənzimləyə biləcək normalar müəyyənləşib". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, Ailə Məcəlləsinin 28.7-ci maddəsinə əsasən, nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər : "Həmin Məcəllənin 30-cu maddəsində deyilir ki, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər: Lakin nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Məhkəmə qaydasında nikah pozulduqdan sonra soyadını dəyişib keçmiş soyadına qayıtmaq istəyən qadın nikahın pozulması haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra nikahın qeydə alındığı yerin qeydiyyat şöbəsinə yaxınlaşmalı, həmin şöbədə keçmək istədiyi soyadl bildirməli və və nikahın pozulması haqqında şəhadətnamə almalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə