...SİA xəbər verir ki, Dezeen-in məlumatına görə, yapon memarı Tadao Ando Dubayda yeni beşmərtəbəli incəsənət muzeyinin dizaynını təqdim edib.
Muzey Dubay çayında xüsusi platformada tikiləcək və binanın suyun üzərində üzdüyü kimi görünməsinə imkan verəcək.
Muzeyin memarlığı fasadın əyri formalarında əks olunan təbiət elementlərindən ilhamlanıb.
İlk dərc olunmuş təsvirlərə əsasən, interyer Andonun özünəməxsus minimalist üslubunu əks etdirəcək.
Aşağı mərtəbələrdə mərkəzi dairəvi atrium ətrafında təşkil olunmuş sərgi zalları, yuxarı mərtəbələrdə isə şəhərin panoramik mənzərələri olan restoran, kafe və istirahət otağı yerləşəcək.
Muzeydə həmçinin kitabxana və təhsil məkanları yerləşəcək. Açılış tarixi hələ açıqlanmayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR GBP
 GBP
 RUB
 RUB