Əmək müqaviləsi bağlamadan işçi götürən şəxsləri nələr gözləyir? - VƏKİL AÇIQLADI

Əmək müqaviləsi bağlamadan işçi götürən şəxsləri nələr gözləyir? - VƏKİL AÇIQLADI

“Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir:
“Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır.
Belə qanunsuzluqlarla qarşılaşan vətəndaşlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət edə bilər”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə