"İstehlakçılar bütün Yer kürəsini yeyib-bitirmək istəyirlər" - QURUM RƏSMİSİ İRAD BİLDİRDİ
"Bütün dünya istehlakçılarına xas olan bir sıra çatışmazlıqlar var. İlk növbədə qeyd etmək lazımdır ki, bütün dünya istehlakçıları israfçıdır və bu istehlakçıların ən böyük nöqsanlarından biridir. Sanki istehlakçılar bütün Yer kürəsini yeyib-bitirmək istəyirlər. Biz hazırda acgöz, gözü doymayan istehlakçı əsrini yaşayırıq. İkinci vurğulanması vacib məqam isə tələskənlikdir. Xüsusilə də əhali ərzaq məsulları alarkən tələsir, bir çox məqamlara diqqət etmirlər. Halbuki məsul alarkən qiymət və keyfiyyət monitorinqi aparmaq olar". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Eyyub Hüseynov bildirib ki, istehlakçılar xüsusilə ərzaq məsulları alarkən məsulun etiketini diqqətlə incələməlidir: "İstehlakçılar məsullarla bağlı fikirlərini də bölüşməlidirlər. Hansı ki, məhz bu biznes qurumlarına ən yaxşı təsir edən vasitədir. Bu mənada da istehlakçıların ən böyük problemi kütləvi boykot etməyi bacarmamalarıdır. Bütün qanunların, cəzalardan ən üstünü istehlakçının məhsulu boykot etməsidir. Həmçinin reklamlara inanmaq da istehlakçıların ən böyük yanlışlarındandır. Reklam istehlakçıları tələyə salmaq üçün biznes qurumlarının apardığı işdir. Azərbaycan istehlakçılarının ən böyük problemi isə evdə şoraba hazırlamaqdır. Qəfildən zəhərlənmələrin də bir çoxunun məhz evdə hazırlanmış şorabalardan olması təsadüfi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB