DMX-nin Çağrı mərkəzinə daxil olan 86 min 109 zəng cavablandırılıb

DMX-nin Çağrı mərkəzinə daxil olan 86 min 109 zəng cavablandırılıb

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2023-ci il ərzində 86 min 109 zəng cavablandırılıb. Onlardan 74 min 478-i Azərbaycan dilində, 10 min 518-i rus dilində, 1113-ü isə ingilis dilində olub. Qurumun mətbuat xidmətindən SİA-ya bildirilib ki, qəbul edilən zənglərin 29 min 137-si müvəqqəti yaşama icazəsi, 2002-si müvəqqəti olma müddətinin uzadılması, 6227-si vətəndaşlıq məsələləri, 9676-sı olduğu yer üzrə qeydiyyat, 6937-si daimi yaşama icazəsi, 6199-u iş icazəsi, 4522-si inzibati xəta, 21 min 409-u isə digər məsələlərlə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə