“Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub”

“Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub”

“Müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub: "Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əmək haqqı fondunda 15 faiz artım baş verib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə