“Siqaretin saxlanma müddəti bir ildən artıq deyil” - QURUM RƏSMİSİ AÇIQLADI
“"Tütün və tütün məmulatı" haqqında qanun illər öncə qəbul olunub və həmin qanunda dəfələrlə dəyişiklik aparılıb, qanun daha da sərtləşdirilib. Məsələn, siqaretlərin tək-tək və təhsil müəssisələri yaxınlığında satışı qadağan edilib. Eləcə də bununla bağlı dövlət tərəfindən proqram qəbul olunub. Bu proqramda tütündən istifadənin 10 faizə qədər azaldılması nəzərdə tutulurdu. Lakin bunun əksinə olaraq siqaret satışı inkişaf edib, hətta bazara qəlyan da daxil olub”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Sədr bildirib ki, təxminən 8 il öncə Şəkidə təhlükəli siqaret istehsal edən fabrik işə başlayıb: “Siqaretlərin bütün növləri təhlükəlidir. Müxtəlif növlərinin satışa çıxarılması sadəcə olaraq istehlakçıları aldatmaq məqsədi daşıyır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, marketə girdikdə insanı siqaret “qarşılayır”.
Azad İstehlakçılar Birliyi illərdir mübarizə aparır ki, bu məsələ həllini tapsın. Buna səbəb odur ki, "Reklam haqqında" qanun qəbul olunduqda məhsulun özü reklam kimi qəbul olunmayıb. Əslində isə ən yaxşı reklam elə məhsulun özüdür. Bu mənada parlamentin bu cür işlərinə etirazımı bildirirəm. Hətta çıxışımda siqaretlərin üzərində buraxılma və son istifadə müddətinin yazılmasının vacibliyini də bildirmişəm. Çünki siqaretlərin saxlanma müddəti bir ildən artıq deyil. Bundan isə yalnız birinə, buraxılma tarixinin yazılmasına nail ola bildik. Siqaretlər saxlandıqda daha təhlükəli hal alırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB