Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

Cari ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 faiz artaraq 872,8 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516,4 milyon manat olub. Bu da ümumi dövriyyənin 59,2 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə