“Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” - YENİLƏNİR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransdan öncə Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu bir daha nümayiş etdirmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda qısametrajlı film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB