“Əsrin müqaviləsi”nə həsr edilmiş tədbir keçirilir - FOTOLAR

Bu gün Pirallahı rayonunda “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusuna həsr olunmuş tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkilləri Hikmət Babaoğlu və Rauf Əliyev, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev iştirak edir.

Tədbir ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra günün mənasını özündə əks etdirən video-çarx nümayiş olunub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə