“Bu il ali təhsil müəssisələrinə qəbul nəticəsi fantastikdir“ - EKSPERT DANIŞDI
“Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları kifayət qədər əvvəlki illərdən fərqlənirdi. Birinci ixtisas qrupunda alt qrupların yaradılması, həmçinin İnformatika fənninin daxil edilməsi 1-ci ixtisas qrupuna öz təsirini birmənalı şəkildə göstərdi. Eyni zamanda bu il birinci ixtisas qrupu üzrə plan yerləri də artmışdı. Bütün bunların nəticəsində bu il birinci ixtisas qrupu üzrə 200 bal ilə dövlət sifarişiylə dövlət ali təhsil müəssisələrinə qəbulun şahidi olduq. Hətta bu il birinci ixtisas qrupu üzrə Gəncə və Lənkəranda 175 bal ilə ali məktəblərə qəbul olmaq mümkün oldu”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, təbii ki, bu aşağı göstəricidir: “Amma istənilən halda təhsilin əlçatanlığına xidmət edir.
Ali təhsil müəssisələrinə plan yerlər tam şəkildə dolmayıb. Yaxın günlərdə ikinci mərhələ baş tutacaq. Müsabiqə şərtini ödəyənlər sentyabrın 4-dən 9-a qədər seçim edəcəklər.
Ayrı-ayrı qruplar üzrə müqayisə etdikdə gördük ki, ən aşağı ballarla, hətta 4-cü ixtisas qrupu üzrə belə dövlət ali təhsil müəssisələrinə qəbul olmaq mümkün oldu. Bunlar təhsilin əlçatanlığını təmin etsə belə biz ən aşağı ballar ilə ali təhsil müəssisəsinə qəbulun şahidi olduq.
Yüksək ballarla 3-cü qrup ixtisas qrupu üzrə daha çox Bakı Dövlət Universitetinə qəbulun şahidi olduq. Ümumilikdə isə bu il ali təhsil müəssisələrinə qəbul nəticəsi fantastikdir, 50 min abitruyent tələbə adını qazandı. Bu yaxşı hal olsa belə, sonrakı mərhələdə ali təhsil müəssisələrinin üzərinə böyük yük düşür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB