Yapon alimləri körpələri 13 dəqiqəyə yatırmaq üçün formul izah ediblər - DİQQƏT

Yapon alimləri körpələri 13 dəqiqəyə yatırmaq üçün formul izah ediblər - DİQQƏT

Yeni körpəsi olan valideynlər üçün ən çətin məqam, şübhəsiz ki, uşağın daimi oyanması və onları yenidən yatırmağa çalışmaqdır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpələr böyüklərdən daha qısa müddət və daha yüngül yatır. Lakin bu üsulla körpənizi cəmi 13 dəqiqəyə yatıra bilərsiniz.

Körpəni yatırmaq, xüsusilə, yeni valideynlər olanlar üçün çətin bir işdir. Yaponiyada aparılan araşdırmalar körpələri daha az səylə, daha qısa müddətdə yatırmağa kömək edəcək metodu açıqlayıb.

Yaponiyanın Riken Milli Elm İnstitutunda Kumi Kuroda adlı bir alim tərəfindən aparılan araşdırma, körpələrin müxtəlif yuxu üsullarına necə reaksiya verdiyinə dair araşdırma aparıb. Təcrübələr 7 aydan kiçik 21 körpə ilə aparılıb. Anaları tərəfindən yatırılan körpələr 4 fərqli yuxu üsulundan yalnız birində müvəffəqiyyətlə yatırılıb.

Hər 30 saniyədən bir fərqli üsulların sınaqdan keçirildiyi araşdırmada körpələrin uşaq arabasına qoyulması və irəli-geri yellənməsinin zəif, lakin təsirli bir üsul olduğu qeyd edilib. Digər tərəfdən, körpəni qucağına alıb oturtmaq və yatağına yatırmaq körpənin yuxusuna müsbət təsir etməyən hadisələr olaraq müşahidə edilib. Sonra isə işə yarayan yeganə üsul sınaqdan keçirilib. Bu üsul körpə ilə gəzməkdir.

Analar körpələri qucağında normal yeriş tempi ilə gəzdirdikdə uşaqların hamısı 5 dəqiqə ərzində ağlamağı dayandırır və yarıdan çoxu yuxuya gedir. Bu araşdırma körpənin 5 dəqiqə ərzində yatırıla biləcəyini üzə çıxarıb. Lakin körpələr yüngül yatdıqları üçün yatan körpəni dərhal yatağa qoymaq onun yenidən oyanmasına səbəb olub.

Bu mərhələdə edilməsi lazım olan, körpə ilk 5 dəqiqə yatdıqdan sonra 8 dəqiqə daha qucağınızda tutaraq yeriməyə davam etməkdir. Ümumilikdə 13 dəqiqə davam edən bu gedişlə körpə yuxudan oyanmır. Araşdırmanın yekun hissəsi körpələrin yatdıqdan sonra 8 dəqiqə ərzində oyandığını göstərdi. Beləliklə, onları 8 dəqiqədən çox yatmağa qoysanız, körpəniz oyanmayacaq. Körpənizlə gedərkən düz bir yolla getmək əvəzinə normal sürətlə dəyirmi masa ətrafında gəzmək ən təsirli nəticəni verir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə