"Çalışırıq ki, insan hüquqlarına diqqət hər zaman öndə olsun" - İDARƏ HEYƏTİNİN SƏDRİ

"Çalışırıq ki, insan hüquqlarına diqqət hər zaman öndə olsun" - İDARƏ HEYƏTİNİN SƏDRİ

“Bu gün biz 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçiririk. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, tələbələr, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Hüquq və İnsan Haqları İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib.

Onun sözlərinə görə, bugünkü tədbir ölkəmizin uzun illərdir insan hüquqları mövzusuna çox böyük önəm verir və bu məsələyə hər zaman yer ayırır: “Eyni zamanda biz bu yaxınlarda Hüquq və Jurnalistika tələbələri arasında insan hüquqlarına dair müsabiqə keçirdik. Bu gün həmin müsabiqənin qalibləri mükafatlandırılacaq. Qaliblərin üç nəfəri Hüquq, dörd nəfəri isə Jurnalistika tələbəsidir. Bununla biz çalışdıq ki, insan hüquqlarına diqqət hər zaman öndə olsun və onlar da ölkəmizin inkişafı üçün öz sahələri üzrə insan hüquqları mövzusuna diqqətlə yanaşsınlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə