Bakıda küsülü sevgililəri barışdırdı

Türkiyənin məşhur müğənnisi Fatma Turqut Bakıya gəlib. SİA xəbər verir ki, ifaçı ötən axşam “Elektra Events Hall”da konsert proqramı ilə pərəstişkarları qarşısında çıxış edib.

Sənətçi ənənəsinə sadiq qalaraq Bakıda da konsert zamanı küsülü sevgililəri barışdırmağa çalışıb.

Müğənni iştirakçılar arasından seçdiyi bir qızın sevgilisinə görüntülü zəng edib. Qarşı tərəf zəngə cavab vermədikdə isə səs ataraq “Değmesin ellerimiz” mahnısını ifa edib.

Həmin anlar sosial şəbəkədə paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə