Rəşad Dağlı yenidən gündəm oldu

Bir müddət dediyi meyxanalarla müzakirələrə səbəb olan meyxanaçı Rəşad Dağlı yenidən etdiyi hərəkət ilə gündəmə düşüb. SİA xəbər verir ki, Rəşad Dağlı ötən günlərdə məclislərin birində deyişmə zamanı Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadənin adını çəkib.
Belə ki, o həmkarı Orxan Lökbatanlı ilə meyxana dediyi zaman "Məclisdə Allahşükür Paşazadə var, ona deyərəm siğəni konkret edər"- deyərək o bildirib.

Qeyd edək ki, Rəşad Dağlı bir neçə gün əvvəl deyişmə zaman dindarlara söz atdığı üçün onlardan üzr istəyib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə