Natavan və Dado oğluna ad günü etdi FOTO

Dünən gecə saatlarında tanınmış müğənni Natavan Həbibi oğlu Zeyd Əlinin iki yaşını təmtəraqlı şəkildə qeyd edib. SİA-nın verdiyi məlumata görə, müğənni bu haqda öz şəxsi "Instagram" səhifəsində bildirib. Rəngli fotolarla və çoxsaylı təbriklərlə 60 mindən çox bəyəni toplayıb. Müğənni "balamın iki yaşı tamam olur" deyərək sevincini həmkarları və heyranları ilə bölüşüb, eləcə də təbriklər üçün hər kəsə minnətdarlığını bildirib.

Xatırladaq ki, məşhur reper Dado 10.05.2019-cu ildə şəxsi "Instagram" səhifəsində "Ramazan ayı, cümə günü aramıza xoş gəldin Zeyd" deyərək oğlunun dünyaya gəlməsi sevincini hərkəslə bölüşmüş və hətta "nə yaxşı ki, bunu səninlə yaşadım" sözünü əlavə edərək də Natavan Həbibiyə sevgisini bir daha etiraf etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə