Əməkdar artist gecə yarısı qəbiristanlığa getdi VİDEO

Əməkdar artist Səlim Abbasov gecə yarısı qəbiristanlığa yollanaraq bir neçə həftə əvvəl dünyasını dəyişən valideynlərinin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, skripka ifaçısı bunla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, hər gecə validenylərini yuxusunda görür:

"Səhərə kimi beş fərqli yuxu görmüşəm. Darıxdım evdə və sizi ziyarət eləməyə gəldim. Bu gün sizi çox yaxşı gördüm, üzünüz gülürdü. Bəlkədə məni gördünüz üzünüz güldü. Bu dünyadan köçməyinizlə mənə böyük zərbə vurdunuz. Səhərdən axşama qədər dərmanlar qəbul edirəm, təsiri yoxdur. Üç-dörd gündür ürəyim sancır. Səhərə yaxın iki-üç saatlıq yuxuya gedirəm. Belə olmağınızı istəmirdim, qanadımı sındırdınız. Bu dünyadan getməklə pislikdən, şərəfsizlikdən canınızı qurtardınız. Amma siz fikirləşməliydiniz ki, nəvələrinizin əlindən tutub sevinə-sevinə məktəbə aparmalısınız. Bəs indi necə olacaq? Sizi gözəl yerlərdə gəzdirəcəkdim. Allahın dərgahını hər şeydən üstün tutdunuz. Pandemiyanı xarabaya qalsın. Nə qədər insan bu şərəfsizliyin qurbanı oldu".

https://www.instagram.com/tv/CNlI6jwJ8-9/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə