Dilarə "Azərbaycanım" üçün kameralar önündə FOTOLAR+VİDEO

Müğənni Dilarə Kazımova "Azərbaycanım" adlı yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, bəstənin musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aiddir.

"İnformasiya cəbhəsində vuruşanda, eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir, stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir" deyə, sənətçi yeni işi haqqında danışarkən söyləyib.

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, fotosessiyada modelyer Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə