Azərbaycanlı müğənni Səidə Sultan Daxilə İşlər Nazirliyinə müraciət edib. SİA-ya açıqlama verən müğənnin sözlərinə görə, o, dostu, jurnalist Cavanşir Babəlioğlu ilə birgə nazir Ramil Üsubova şikayətlənib.
Müğənnin şikayət etməsinin səbəbi ötən ay Yol Patrul Xidmətlərinin əməkdaşları ilə baş verən insident olub: "Hadisəni yenidən danışıram. YPX əmədaşı maşınımızın qapısını açdı və özünü təqdim etmədən, heç bir əsas göstərmədən bizə maşından düşməyi əmr etdi. Ağzımızı açmağa belə imkan vermədi, bizi maşından düşürdü. Daha iki post patrul əməkdaşını çağırdı və bizim avtomobili götürüb çıxıb getdilər. Biz heç nə edə bilmədik, təkcə avtomobilin nömrəsini götürə bildik. Bütün sənədlərim və əşyalarım avtomobilimdə qaldı. Dostlarımıza zəng vurduq, gəlib bizi yoldan götürdülər. Bütün cərimə meydançalarını gəzdik ki, bəlkə avtomobilimizin haraya aparıldığını öyrənək. Heç bir yerdə tapmadıq. Məni narahat edən odur ki, polisin mənə qarşı kobud davranışı hələ də cəzasız, mən isə avtomobilsiz qalmışam. Mən bu üzdən hörmətli nazirimizə müraciət etdim".
Şikatdə qeyd olunur ki, hadisə aprel ayında baş verəsə də Səidə hələ də şokdan ayılmayıb. Bununla yanaşı müğənni o vaxtdan bu günə qədər maşının harada olduğu bilmir. Bircə o məlumdur ki, avtomobil hansısa cərimə meydançasındadır.
"Mən Səidə Sunltan 10 ildir ki, səhnədəyəm. Müəllim ailəsində böyümüşəm və ali savadım var. Mən çox gözəl tərbiyə almışam və mənim polislərlə ilk tanışlığım yalnız yaxşı təəssüratlarla yadda qalıb".
Müğənni şəxsən nazirdən bu işlə bağlı ciddi tədbirlər görməyini xahiş edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB