Mustafa Ceceli: "10 aylıq körpəni öldürmək insanlığa sığmaz"

Türkiyəli müğənni Mustafa Ceceli Azərbaycanda cəbhə bölgəsində baş verənlərə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı türkiyəli jurnalistin suallarını cavablandırıb: “Əgər körpələri öldürürsənsə, insan deyilsən. 10 aylıq uşağı öldürmək insanlığa sığmaz. Bu hadisələrdən sonra bəzi ölkələr demokratiyadan danışa bilməz.

Mənim çoxlu azərbaycanlı dostlarım var. Həmin dostlarıma zəng edirəm. Onlar mənə deyir ki, şəhidlərimiz var.

Azərbaycanın Gəncə şəhərində ermənilər tərəfindən törədilən qırğının görüntülərini görəndə çox pis oluram. Anlaya bilmirəm ki, neçənci ildə yaşayırıq. Ermənilər körpələrin canına qəsd edir, onları həyatdan qopardır. Ardınca ermənilər sosial şəbəkədə təxribatlara əl atırlar. Onların vicdanı yoxdur. Düşmənin Azərbaycana qarşı etdiyi hərəkətlər heç bir ağıla sığmaz. Vicdanı, şəxsiyyəti olan insanlar da erməniləri dəstəkləməz”.

Sənətçi Gəncə şəhərində çox olduğunu da bildirib: “Mən Azərbaycanda dəfələrlə olmuşam. Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin doğum günü konserti təşkil olunmuşdu. Həmin konsertdə həmkarım Hadisə ilə bir yerdə iştirak edirdik.

Ümid edirəm ki, bundan sonra ermənilər tərəfindən Gəncə bombalanmaz. Onu da qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində və müsahibələrində bildirib ki, ermənilərin mülki insanlarına güllə atılmayacaq. Amma əslində, Dövlət Başçısı qisasa-qisasla cavab verə bilərdi.

Ümid edirəm ki, Azərbaycanla ermənilərin müharibəsi bir çox ölkələrə dərs olar və qanlar tökülməz”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...