Məşhur aktrisa Cem Yılmazla eşq yaşayır?

Türkiyəninn məşhur aktrisası Serenay Sarıkayanın tanınmış komediyaçı Cem Yılmazla eşq yaşadığı iddia olunub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, bu sözlər Ece Erken ve Bircan Balinin apardığı "Söylemezsem Olmaz" proqramında səslənib.

Elə bu iddialardan sonra da aktrisa adı çəkilən aparıcılara qarşı 100 min lirə həcmində mənəvi təzminat davası açıb.
Sarıkayanın vəkili İsmail Filiz mediaya bunları bildirib:
"Serenay Sarıkaya ilə Cem Yılmazın heçbir münasibəti olmayıb. Bu proqramın durdurulmasını və aparıcıların 100 min lirə cərimələnmələrini tələb edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə