Keçmiş duet ortaqları yenidən bir arada VİDEO

Keçmiş duet ortaqları yenidən bir arada VİDEO

Keçmiş duet ortaqları müğənnilər Nadir Qafarzadə və Ayan Babakişiyeva yenidən bir araya gəlib. SİA-nın məlumatına görə, ifaçılar yenidən duet oxumağı planlaşdırıblar. Belə ki, onlar "Mənim ürəyim" adlı bəstəni birgə ifa ediblər.

Bu barədə Nadir sosial şəbəkədə məlumat verib. Belə ki, o, həmkarı Ayanla birgə sözügedən mahnını səsyazma studiyasında ifa edən zaman lentə alaraq "İnstagram" səhifəsində paylaşıb.

Qeyd edək ki, "Mənim ürəyim" adlı bəstənin sözləri və musiqisi Bəhruza, aranjemanı isə İlkin Valehoğluna aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə