“Best model of Azerbaijan-2010” müsabiqəsinin münsiflər heyəti bəllidir
Oktyabrın 22-də "Hezz club & restaurant"da Nahid Kabakçının xatirəsinə həsr olunacaq "Best model of Azerbaijan-2010" müsabiqəsinin 2 prezidenti olacaq. Builki yarışmanın prezidentlərindən biri stilist Anar Ağakişiyev SİA-ya açıqlamasında bildirib ki, müsabiqənin hazırlıq prosesi yüksək səviyyədə keçir. Onun sözlərinə görə, budəfəki "Best model of Azerbaijan" "Best model of the world" səviyyəsində keçəcək.
Builki müsabiqənin iki prezidentinin olduğunu vurğulayan stilist: "Digər prezident Validə Abbasovanın ətrafında olan insanlar orda-burda hallandırırlar ki, guya prezident yalnız odur və ya mən onun yanında ancaq köməkçiyəm. Xeyr, bu heç də belə deyil. Bu il prezidentliyə iki namizəd təsdiqlənib. İlk təklif də mənə gəlib. Erkan Özərman bu müsabiqədə mənim öndə gedəcəyimi dedi. Mən isə bu işi tək bacarmayacağımı bildirib Validə Abbasovanı da təklif etdim", - deyə əlavə edib.
Müsabiqə prezidenti nəticənin şəffaf olacağından əmindir: "Müsabiqədə hər şey yazılı olacaq. Burada daha çox parametrlərə üstünlük veriləcək. Çünki bu bir model yarışmasıdır. Seçimlər obyektiv olacaq və layiqli iştirakçı qalib adını qazanacaq".
A.Ağakişiyev final şousunda Fəxriyyə Xələfovanın və məşhur bir brendin kolleksiyasının nümayiş olunacağını deyib. Stilist "Best model of Azerbaijan-2010" müsabiqəsinin münsiflər heyətinin tərkibini də açıqlayıb. Münsiflər arasında Erkan Özərman, Anar Ağakişiyev, Validə Abbasova, Fəxriyyə Xələfova, Aygün Kazımova, Lyubov Qutorova, Ruhi, Türkiyədən olan dizayner Ramazo və başqaları olacaq. A. Ağakişiyev münsiflərin arasında sürpriz qonaq olacağını da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB