İradə İbrahimova Türkiyədə çəkilən klipinin təqdimatını keçirəcək

İradə İbrahimova Türkiyədə çəkilən klipinin təqdimatını keçirəcək
Muğənni İradə İbrahimovanın repertuarında yer alan "Bu aralar" mahnısına Türkiyədə klip çəkilib. Sənətçinin mətbuat əlaqələndiricisi SİA-ya bildirib ki, klipin rejissoru türkiyəli Tamer Aydoğdudur. Mahnının musiqisi Minayə xanıma, sözləri isə Günel Sərdarqızına məxsusdur. Maraqlı kadrları özündə əks etdirən klip kinoplyonkaya çəkilib.

Mətbuat katibi bildirib ki, hazırda Türkiyədə olan müğənni klipinin təqdimatı məqsədi ilə Bakıya səfər edəcək. Təqdimat mərasiminin yaxın 2 həftəyə keçirilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə