Azərbaycanlı məşhurlar təqdimatlarında hər kəsi ağlatdılar SƏS TV

Azərbaycanlı məşhurlar təqdimatlarında hər kəsi ağlatdılar SƏS TV

Bu gün müğənnilər Elnar Xəlilov və Mələk yeni çəkdirdikləri qısametrajlı filmi media mənsublarına təqdim ediblər. SİA-nın məlumatına görə, ifaçılar "Get gəlmə" adlı mahnını ekranlaşdırıblar.

Yeni işi haqqında danışan Elnar Xəlilov uğurlu işə imza atdıqlarını söyləyib: " "Get gəlmə" mahnısına çəkilən ekran işi 12 dəqiqədən ibarətdir. Komanda işidir. Məncə duet ortağım Mələklə və komandayla gözəl iş ərsəyə gətirdik. Aktyor deyiləm. Amma fikrimcə filmdə rolumun öhdəsindən gələ bildim. Mələklə də işləməkdən zövq aldım".

Filmdə baş rolda çəkilən Mələk də fikirlərini bildirib: " "Get gəlmə" adlı film üçün 2 həftə çəkiliş prosesi oldu. Çəkiliş zamanı keçirdiyim həyəcanı hələ da canımdadır. Fikrimcə hər kəs bu işimizi çox bəyənəcək".

Mərasimdə ardınca film nümayiş olunub. Zalda əyləşənlər tərəfindən bəyənilən ekran işi, hər kəsi ağladıb.

Tədbirə səbəbkarları təbrik etmək üçün şou-biznesin məşhur simaları da qatılıb. Onlar Elnar və Mələyin qısametrajlı filmlərini bəyəndiklərini söyləyərək, yaradıcılıqlarında uğurlar arzu ediblər.

Qeyd edək ki, "Get gəlmə" adlı mahnının sözləri Samir Əfsəroğlunun, musiqisi və aranjemanı Elnar Xəlilovundur. Klipi Nicat Abbasov ekranlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə