Mükafata layiq görülən xanəndəmiz yenilik edəcək

Mükafata layiq görülən xanəndəmiz yenilik edəcək

Xalq mahnılarının mahir ifaçısı Kamil Cəfərov türk bəstələrinə müraciət edəcəyini deyib. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Bildiyiniz kimi xalq mahnılarını bacardığım qədər oxuyuram və pis də alınmır. Repertuarımda dəyişiklik etmək qərarına gəlmişəm. Belə ki, türk mahnılarına da müraciət edəcəm. Çünki qardaş ölkənin bəstələri ifamda yaxşı alınır. Eyni zamanda türk musiqilərini sevirəm".

Qeyd edək ki, Kamil Cəfərov bir gün bundan öncə "İlin gənc xalq mahnı ifaçısı" adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə