Sevda Yahyayeva: “Anam daima mənə dəstək olub”

Sevda Yahyayeva: “Anam daima mənə dəstək olub”

Müğənni Sevda Yahyayeva öz sahəsində uğur qazanmağın yollarından bəhs edib. SİA-ya açıqlama verən ifaçı bu sahədə irəliləmək üçün valideyn dəstəyinin əsas olduğunu deyib: "Bu sahədə ananın dəstəyi olmasa irəli getmək çox çətindir. Onun razılığı, xeyr duası çox vacibdir. Məni də anam hər işimdə həmişə dəstəkləyib. Mən də daima onunla məsləhətləşmişəm."

İfaçı bu arada yeni klipindən də söz açıb. Uzun müddət sonra Anar Hüseynovun rejissorluğu ilə "Yanlış adam" mahnısına klip çəkdirən Sevda mahnısının həm dinləyicilər həm də həmkarları tərəfindən sevildiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə