Burakla Kadir bir-birinə düşmən oldu?

Burakla Kadir bir-birinə düşmən oldu?

Baş rollarda Burak Özçivitlə Neslihan Atagülün çəkildiyi "Kara sevda" serialının ilk bölümü ötən gün yayımlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, çəkiliş heyəti ilk serianı birlikdə izləyib. Gecəyə Burak sevgilisi Fəxriyyə Evcənlə, Neslihan isə Kadir Doğulu ilə qatılıb. Diqqətçəkən məqam isə Burak Özçivitlə Kadir Doğulunun bir-biri ilə danışmaması olub.

Qeyd edək ki, aktyorların küsülülüyünə səbəb Neslihanla serialdakı öpüşmə səhnəsindən sonra Burakın sosial şəbəkədə "Kadir, dostum, bizdə səhv addım olmaz" sözlərini yazması səbəb olub. Kadir isə qarşılığında "Bu qədər özünə aşiq olan adam... Çox təhlükəlidir" cavabını vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə