Dünyaca məşhur müğənni haqqında bilmədiklərimiz -FOTO

Dünyaca məşhur müğənni Maykl Ceksonun 14 yaşlı qızı Peris Cekson atası haqqında bütün həqiqətləri söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ceksonun qızı Peris bunları deyib: \"Atamla biz həmişə bir yerə gedəndə üzümüzü bağlamağımızı tələb edirdi. Düzdür, mən buna görə özümü pis hiss edirdim. Səbəbini başa düşmədiyim üçün əsəbləşirdim. Lakin indi başa düşürəm ki, atam məni və qardaşlarımı qorumaq üçün belə edirdi. Biz üzümüzü gizlətdiyimiz üçün çoxları bizi tanımırdı və biz digər uşaqlar kimi oyun zallarına və kafeyə gedirdik. Atam istəyirdi ki, biz uşaqlıq illərimizi digər uşaqlar kimi normal keçirək və paparazzilərin hədəfinə çevrilməyək\".

Bütün xəbərlər Facebook səhifəmizdə