Dinləyicisini tarının sarı simi ilə ilhama gətirən Humay Qədimova müğənni kimi oxumağa başlayıb. Dostları onun yeni ifasını müğənni karyerasında mükəmməl başlanğıc hesab edirlər. Elə tarzən onların təkidi ilə oxumağa başlayıb. Artıq mahnılarının sayını artırır, yaxın vaxtlarda onları toplu edib satışa çıxaracaq.


Musiqiçi SİA-ya bildirib ki, oxusa da tarı yerə qoymaq niyyəti yoxdur. Sözünü, tarı, udu ilə deyən Humay oxumağı sənətinin bir qolu adlandırır.


Qeyd edək ki, onun ilk ifası Şəmsi Kərimovanın bəstəsi olan "Gecələr" mahnısıdır. Bunun davam olaraq yeni bəstəkar mahnısı lentə yazdırıb. Deyir ki, "Ölərəm sənin üçün" adlı bu mahnını ona bəstəkar Tunar Rəhmanoğlu təqdim edib. Hər iki mahnıda tarzən özü-özünü müşayiət edib. İndi növbəti, üçüncü mahnı hazırlanır.


"Hələ ki oxumaqda özümü şanslı hesab etmirəm. Oxuyan çoxdur. Amma mənim kimi tar çalan qız yoxdur" - deyə musiqiçi sonda bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...