Azərbaycanlı müğənni “Kaş” deyib yeni klip çəkdirir - FOTOSESSİYA

Gənc, amma iddialı müğənni Zarina Məmmədova qısa fasilədən sonra növbəti klipini çəkdirir. Zarinanın SİA-ya verdiyi məlumata görə, o, "Sevmə ürək" klipindən sonra repertuarında sevilən "Kaş" adlı mahnısına ekran həyatı verir.


Musiqisi Rəhim Rəhimliyə, sözləri Ülviyyə Alovluya məxsus "Kaş" mahnısını lentə alan rejissor isə Nail Naiboğlu olacaq. Bu yaxınlarda başlayacaq çəkilişlər 3 məkanda aparılacaq. Sadə süjet xəttinə üstünlük verən müğənni növbəti işinin də uğurlu olacağına inanır: "Azərbaycanda ilk klipimi peşəkar rejissor Elnaz Əbluc çəkdi. İkinci işimi isə Nail Naiboğluna etibar etdim. Kaş ki, bu işim də uğurlu ola".


Bütün xəbərlər Facebook səhifəmizdə