Aygün Kazımovadan unudulmaz gecə- FOTOSESSİYA

Aygün Kazımovadan unudulmaz gecə- FOTOSESSİYA

Novxanıda yerləşən \"Aqua Park\" istirahət mərkəzində Azərbaycanın xalq artisti Aygün Kazımova və tanınmış reper ABD Malikin birgə konserti keçirilib. SİA-nın məlumatına görə, konsertin açılışını ABD Malik edib. Qonaqları salamlayan reper ən hit mahnılarını ifa edib. Lətafət Ələkbərovanın aparıcılığı ilə keçən gecənin davamında isə tanınmış rəqqasə Nailə Dadaşova səhnəyə yol alaraq oriyental rəqsləri ilə tamaşaçıları feyziyab edib.

Vəd edilən vaxtdan düz 2 saat 30 dəqiqə gec çıxan Aygün Kazımova əlinə mikrafonu alan kimi bütün tamaşaçılar ayağa qalxıb. Modelyer Ramazzonun Aygün xanım üçün hazırladığı yaşıl libasda səhnəyə çıxan Kazımova gecənin ab-havasını yüksəldib.

Vurğulamaq yerinə düşər ki, gecənin davamında rusiyalı dj Matreski də çıxıb. Yayın ən hit mahnılarını səsləndirən DJ qızlar səhərə kimi diskoteka təşkil ediblər.

Əlavə edək ki, konsertin təşkilatçısı, \"Endemol Azərbaycan production\"ın rəhbəri Sənan Abdullayev idi.

Bütün xəbərlər Facebook səhifəmizdə