Müğənni Nadir Qafarzadənin avtomobili əlindən alınıb?-AÇIQLAMA

Müğənni Nadir Qafarzadənin avtomobili əlindən alınıb?-AÇIQLAMA

Gəzən şaiyələrə görə müğənni Nadir Qafarzadənin avtomobili əlindən alınıb. Səbəb isə Nadirin bu ayın əvvəllərində tanınmış iş adamlarının birinin övladının toyunda oxuması üçün tələb etdiyi qonorarın çox olması olub. Deyilənlərə görə, müğənni pulunu alıb, amma toyun səhəri günü avtomobili cərimə meydançasına aparılıb. SİA olaraq məlumatın nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirməkdən ötrü N.Qafarzadə ilə əlaqə saxladıq : \"Haqqımda həmişə bədxahlar yalan məlumatlar yaymağa çalışırlar. Qara piyarımla çalışan bir neçə həmkarım var. Amma konkret ad çəkmək istəməzdim. Nadir Qafarzadəni sevənlər, pərəstişkarları bilsinlər ki, avtomobil söhbəti sırf şaiyədir və ağ yalandan başqa bir şey deyil. Kim inanmırsa, gəlib öz gözləri ilə görə bilər ki, maşını hələ də özüm idarə edirəm. Qoy, şaiyəbazlar başqa yalan uydursunlar. Çünki bu yalan gündəmə yenilik gətirmədi\".

Bütün xəbərlər Facebook səhifəmizdə