İstanbulda baş verən partlayışla əlaqədar
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımda deyilir: “İstanbul şəhərində İstiqlal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB