​ Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir ŞƏRH

​ Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir ŞƏRH

Noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bir çox önəmli məqamlara toxunub. 44 gün davam edən Vətən müharibəsində zəfərə gedən yolda Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs edib. Qəhrəman Azərbaycan ordusunun müharibədə böyük şücaət göstərdiyini, Azərbaycan xalqının vahid yumruq kimi birləşərək şanlı tarix yazdığını xüsusi vurğulayıb. Uzun illər dövlət başçısının apardığı danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi birdaha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlərbizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında məğlub oldu.

Hər dəfə çıxış etdiyi zaman, cənab Prezidentimiz ölkəmizin milli maraqlarını qoruduğu, milli maraqları ön planda tutduğu heç kim üçün sirr deyil. Bunu təkcə biz yox, ermənilər və ermənipərəst qüvvələr də çox yaxşı görürlər və dərk edirlər ki, ölkə rəhbərimiz, ilk növbədə, məhz milli maralardan çıxış edir, ədalətin, haqqın tərəfində olduğunu bütün dünyaya bəyan edir.2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktını imzaladığı zaman Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə öhdəliklər götürüb. İşğaçı ölkə keçən iki il ərzində bu öhdəliyini yerinə yetirməyib. Halbuki, Azərbaycan tərəfi Ermənistanla Qarabağ arasındakı yol, dəhliz barədə dediklərinə sadiq qalıb və bu dəhlizdən ermənilər maneəsiz istifadə edirlər. Təbii ki, bu hal sonsuza qədər davam edə bilməz bu barədə də cənab Prezident Şuşada çıxışı zamanı vurğulayıb. “Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. Biz nə vaxta qədər gözləməliyik?”, deyən ölkə rəhbərimiz yenə də xəbərdarlıq edir və Ermənistan tərəfə ciddi mesajlar verir. Ermənilərin seçim haqqı yoxdur. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə, ictimaiyyətlə görüşlərində dəfələrlə dediyi kimi, Zəngəzur dəhlizi açılmadan heç bir davamlı sülhdən söhbət gedə bilməz. Belə olan halda əməkdaşlıq da müzakirə mövzusu deyil. Odur ki, Ermənistan tezliklə rəsmi şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, dəhlizin açılmasına və bu istiqamətdə işlərin yüksək səviyyədə davam etdirilməsinə şərait yaratmalıdır.

Varis Rüstəmov,

YAP Sabirabad rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə