“Fransa Azərbaycanın haqlı olduğunu heç bir zaman görmədi” - BEYNƏLXALQ ŞƏRHÇİ DANIŞDI

“Fransa Azərbaycanın haqlı olduğunu heç bir zaman görmədi” - BEYNƏLXALQ ŞƏRHÇİ DANIŞDI

“Azərbaycan Prezidentinin Əlcəzair səfəri Ərəb birliyi ölkələrinin Əlcəzairdə bir görüşməsi kimi dəyərləndirilməlidir. Amma cənab İlham Əliyev Qoşulmama Hərəkatının indiki sədri olaraq da bu görüşməyə dəvət olundu. Hamımız bu görüşdə onun nitqini eşitdik. İlham Əliyevin nitqinin ən önəmli qismi Fransaya verdiyi mesaj idi”. Bu sözləri SİA-ya açıqlamasında Güney Azərbaycanlı yazar və siyasi şərhçi Məhəmməd Rəhmanifər deyib.

Onun sözlərinə görə, Fransa tarix boyunca türklərə qarşı hər zaman erməniləri dəstəkləyib və maliyyələşdirib: “Bu yanlız indiki Qarabağ müharibəsində deyil, əvvəl də olub. Biz bunlara hər zaman şahid olmuşuq”.

Məhəmməd Rahmanifər sözlərinə belə davam edib: “Son zamanlar görürük ki, Fransa erməni məsələsini Türkiyəyə və Azərbaycana qarşı istifadə edir. Biz Minsk Qrupu məsələsində də buna şahid olduq. Fransa Azərbaycanın haqlı olduğunu heç bir zaman görmədi. O hər zaman ermənilərdən yana oldu. Biz dəfələrlə Fransa rəsmilərinin Ermənistana və Qarabağa gəldiyinin şahidi olmuşuq. Bununla da Azərbaycan türklərinə erməniləri dəstəklədiklərini mesaj veriblər. Birinci Qarabağ müharibəsindən sonra minlərlə insanın oradan sürgün edilməsinə göz yuman Fransa, indi insan haqlarını düşünür. Digər tərəfdən, Fransa Türkiyəyə qarşı soyqırım məsələsini həmişə səsləndirməyə çalışır.

Cənab İlham Əliyev yerində Fransaya və əslində dünyaya səsləndi. O, fransızların Əlcəzair inqilabı cərəyanında minlərlə əlcəzair ərəbinin öldürülməsini dilə gətirdi. İlham Əliyev Fransaya o mesajı verdi ki, “Siz insan haqlarından danışmağa layiq birisi deyilsiniz. Siz özünüz zaman-zaman bir çox insanı günahsızcasına öldürmüsünüz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə