“Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə keçirilmiş gərgin görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər etdi və bu səfər həm də İranla Ermənistan arasında yaxınlaşmanın bir nümunəsidir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, İran son dövrlər Azərbaycana qarşı çox qərəzli mövqedən çıxış edir: “Bir müddət öncə Azərbaycan sərhədlərində İran yenidən hərbi təlimlər keçirdi və Vətən müharibəsindən sonra sayca artıq ikinci hərbi təlimlərdir. İranın televiziyasında Azərbaycana yönəlik çox qərəzli mahnılar və proqramlar hazırlanır və Azərbaycan dilində yayımlanır. Digər tərəfdən bu gün İranda ictimai siyasi vəziyyət çox gərgindir və əhali ayağa qalxıb, rejimin hakimiyyətdən getməsini tələb edir. Burada əsas tələb dini liderlərin hakimiyyətdən uzaqlaşdırılmasıdır və bunu yaradan bir sıra səbəblər vardır. Bir sözlə, 1979-cu ildən bu hakimiyyət formalaşdırılsa da İranın daxilində artıq insanlar bu hakimiyyətin altında qalmağı doğru hesab etmirlər. Digər tərəfdən İranda etnik azərbaycanlıların bütün hüquqları pozulur, öz dilində oxumaq, yazmaq, təhsil almaq və KİV-lərə sahib olmaq hüquqları pozulur və eyni zamanda, Vətən müharibəsindən sonra İran çox qərəzli mövqedən çıxış edir. 30 illik işğal dövründə əli azərbaycanlıların qanına batmış Sarkisyan və Köcəryanla əlaqələr quran İran tərəfi həm də işğala hər hansısa fikir bildirmirdi. Azərbaycan ərazi bütövlüyündən çıxış edən İran yalnız növbətçi bəyanatlarla kifayətlənirdi. Lakin həm də kriminal xunta rejiminin nümayəndələrinə qucaq açırdı, onlarla isti münasibətlər qurulurdu”.
Politoloq onu da bildirdi ki, bu gün də İran Ermənistan münasibətləri kifayət qədər yaxınlaşıb və Zəngəzur dəhlizinin açılmasına qarşı İran tərəfi çıxış edir və bunu geosiyasi dəyişikliklər, qırmızı cizgilər adlandırır və bu tamamilə yalnış yanaşadır: "Zəngəzur dəhlizi bölgənin iqtisadi rifahına həris olunub, iqtisadi rifahını gücləndirmək üçündür. Lakin İran yalnış olaraq bu prosesləri anlayır. Digər tərəfdən İran Ermənistan münasibətlərində İrəvanın təşəbbüs göstərməsi də özünü göstərir və bu səfər çərçivəsində həm də İranın pilotsuz uçuş aparatlarının Ermənistan tərəfindən alınması müzakirə olunmuşdur. Bu isə milli təhlükəsizliyimizə açıq təhdidir və bununla bağlı da Azərbaycan tərəfi düşünürəm ki, öz premetiv tədbirlərini həyata keçirtməlidir ki, təhlükəsizliyimiz tam həçimdə təmin olunsun və istənilən təxribatlarında qarşısı alınsın”.
Gülyanə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB