“Hazırkı gərginliyin səbəbkarı Yunanıstandır” - ÇAVUŞOĞLU

“Hazırkı gərginliyin səbəbkarı Yunanıstandır” - ÇAVUŞOĞLU

“Hazırkı gərginliyin səbəbkarı Yunanıstandır”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O söyləyib ki, Yunanıstan danışıqlara etinasız yanaşır: “Üçüncü güclər, o cümlədən Fransa Prezidenti Emmanuel Makron bizi görüşə çağırır. Biz müzakirəyə etiraz etmirik. Amma gərək dialoqun nəticəsi olsun”.

M.Çavuşoğlu rəsmi Ankaranın danışıqların tərəfdarı olduğunu xatırladıb: “Lakin Yunanıstan səmimi olmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə