GÜRCÜSTANLA AZƏRBAYCANI ÇOXƏSRLİK DOSTLUQ TELLƏRİ BİRLƏŞDİRİR

GÜRCÜSTANLA AZƏRBAYCANI ÇOXƏSRLİK DOSTLUQ TELLƏRİ BİRLƏŞDİRİR

2022-ci ilin oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstan Respublikasına işgüzar səfər etdi. Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev özə Bəyanatında Gürcüstanın Baş naziri Qaribaşvilinin ötən il iki dəfə Azərbaycana səfər etdiyini, bu münasibətlərin çox dərin ənənələr üzərində qurulduğunu, əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadığını,dövlətlərarası əlaqələrin də bu möhkəm təməl üzərində qurulduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:"Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".
Bu səfər zamanı, əlbəttə ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində idi. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı Baş naziri və Gürcüstan cəmiyyətini məlumatlandırıb və "Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır".-deyib.
Həmin səfər zamanı eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi aparılıb. Prezident deyib:" Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq".
İkitərəfli münasibətlərə toxunan Azərbaycan prezidenti ticarət dövriyyəmizin artmasının bizi sevindirdiyini, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsinin bir milyard dollara yaxınlaşdığını, Azərbaycanın sərmayəsi ilə Gürcüstanda həyata keçirilən layihələrin bizim əməkdaşlığımızı daha da gücləndirdiini, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyduğunu,bu sərmayə qarşılıqlı faydalı sərmayə olduğunu, hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd edib.

Qafar Əliyev

YAP Qaradağ rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə