Qanunsuz erməni silahlı dəstələrinin üzvləri avtoqəza törədiblər

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri avtoqəza törədiblər

Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər. SİA AZƏRTAC-a istinadla xəbər verir ki, böyük həcmdə spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin üç üzvü avtoqəzaya düşüb.
Xəbərdə bildirilir ki, ağır yol nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb. Digər “könüllü”lər isə ağır yaralanıblar.

Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfində araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə