"Ermənistanın anası porno ulduzu Kim Kardaşyandır" - SİYASİ EKSPERT TƏNQİD ETDİ

"Ermənistanın anası porno ulduzu Kim Kardaşyandır" - SİYASİ EKSPERT TƏNQİD ETDİ

“Uzun illərdir fransızlar ermənilərə həm siyasi, həm də iqtisadi cəhətdən kömək edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Fransa prezidentlərinin əksəriyyəti seçki zamanı seçicilərinə kömək edəcəklərini bildirirlər: “Bu ondan irəli gəlir ki, Fransada böyük erməni diasporu var. Ancaq Fransanın dünya şöhrətli prezidentləri də olub ki, onlar siyasətdə beynəlxalq hüquq normalarını qoruyublar. Ancaq Makronun son bəyanatı özünü gülünc vəziyyətə qoydu.

Oktyabrın 6-da Praqada keçirilən üçtərəfli görüşə Makron da özünü saldı və dördtərəfli görüş baş tutdu. Bu görüşdə də beynəlxalq hüquq normalarını qorumaqla Paşinyan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Amma aradan 2 gün keçdikdən sonra Makron televiziya kanalına sərsəm bir bəyanat verdi. Ermənistanın uduzmasında Rusiyanı günahkar saydı. Guya Rusiya Azərbaycana kömək edib. Azərbaycanı təcavüzkar olması ilə bağlı ittiham etdi. Makronun siyasi savadının bəsit olduğu üzə çıxdı.

Makron bəyanat verib ki, Qarabağ Ermənistandan ayrılıb və Azərbaycan onu qəsb edib. Bu çıxışdan sonra Fransanın politoloqları, siyasi nümayəndələri Makronu qınadılar, Qarabağ Azərbaycanın torpaqlarıdır, onun əzəli torpağıdır. Makronun bu sərsəm bəyanatını Rusiya prezidenti Vladimir Putin həqiqətlərə əsaslanmayan bir bəyanat olduğunu bildirdi. Azərbaycan Prezidenti isə bildirdi ki, Makronun küçə leksikonundan olan çıxışı qəbuledilməzdir.

Makronun bu çıxışlarının bir neçə səbəbi var. Makronun ümumiyyətlə türklərə qarşı antipatiyası var. Türk Birliyinin yaranması onda çox böyük narahatlığa səbəb olur. Digər tərəfdən Türkiyə Prezidentinin son dövrlər dünya miqyasında apardığı siyasət onu qıcıqlandırır. Makron Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməyə çalışsa da onun sözünü heç kəs dinləmədi. Ukrayna taxılının bazara çıxarılmasından sonra mətbuatda Rəcəb Tayyib Ərdoğana Nobel sülh mükafatının verilməsi ilə bağlı yazılar çıxdı. Bundan narahat olan Makron nə eədəcəyini bilmir. Makron bəyanatda bildirib ki, Ermənistan bizim bacımızdır. Mən bu fikirlə tamamilə razıyam. Ermənistan və Fransa hər zaman siyasi bir məsələdə qadınlarını qabağa verirlər. Təsəvvür edin ki, Ermənistanın anası porno ulduzu Kim Kardaşyandır. Bunların mənəviyyatı, namusu, qeyrəti bu cürdür. Makron bu bəyanatlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinə daxil ola bilməz. Bu heç vaxt olmayacaq. Makron bundan sonra bizim üçün də, digər dövlətlər üçün də canlı meyiddir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə