"Bu yol Qarabağ və Şərqi Zəngəzurun inkişafına xüsusi töhfə verəcək” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

"Bu yol Qarabağ və Şərqi Zəngəzurun inkişafına xüsusi töhfə verəcək” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

"Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yolun açılışında iştirak edib". Buu fikirlərİ SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Şükürbəyli-Cəbrayıl-Hadrut yolu bütünlükdə Qarabağ iqtisadi zonası üçün vacib yollardan biridir: "Nəzərə alaq ki, söhbət Cəbrayılla Hadrutu birləşdirən yoldan gedir. Çox qısa zaman ərzində bu yol inşa edildi. Artıq yolun Şükürbəyli-Cəbrayıl hissəsi ölkə başçısı tərəfindən açılışı olduqdan sonra istifadəyə verildi. Təbii ki, bu Qarabağ üçün vacib layihələrdən biridir.

Ümumiyyətlə biz Qarabağla Şərqi Zəngəzurda çox qısa zamanda infrasturukturun formalaşmasını müşahidə edirik. Bu bir tərəfdən Böyük Qayıdışı gözləniləndən daha tez şəkildə həyata keçirmək üçün imkan yaradacaq. 2023-cü ildən etibarən məskunlaşma prosesinin intensivləşəcəyi gözlənilir. Bu da nəticə etibarı ilə Cəbrayıla və digər işğaldan azad olunmuş ərazilərimizə daha qısa zamanda vətəndaşlarımızın mərhələli şəkildə qayıtmasına kömək edəcək. Məhz məskunlaşmadan sonra Azərbaycan Prezidenti və Birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı olan və istifadəyə verilən yol həm də həmin rayonların, habelə Qarabağ və Şərqi Zəngəzurun inkişafına xüsusi töhfə verəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə