Praqa görüşündə Azərbaycan əsas hədəflərindən birinə çatdı ŞƏRH
Cənab İlham Əliyev Prezident seçildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bəyan etmişdi ki, Azərbaycan ərazisinin bir qarışını da heç kimə güzəştə getməyəcək. Azərbaycanın Ermənistana güzəştimiz o ola bilər ki, bir masa arxasında əyləşərək münaqişəni həll edək. Hələ seçkilərdən əvvəl verdiyi hər bir sözünün sahibi olan İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. Diplomatiyası, məharətlə hazırladığı strategiya sayəsində ölkəmizin ərazi bötövlüyünü əsl Lider kimi qorudu. Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normalaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruyub və bu gün də qoruyur. Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünu də ölkəmizin əldə etdiyi qələbələr sırasına əlavə edə bilərik. Dördtərəfli Praqa danışıqları və qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir. Qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı cənab İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir.Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Bəllidir ki, ölkəmiz heç bir qonşu dövlətə qarşı ərazi iddiasında deyil, həmişə mehriban qonşuluq prinsiplərindən çıxış edib. Eyni zamanda, regionda sülh və sabitlik tərəfdarı olub. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm hissəsini təşkil edib. Təsadüfi deyil ki, Azərbaycan dünyada humanist, sülhsevər ölkə kimi tanınıb. Vacib məqamlardan biri də budur ki, ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas hesab olunub. Ermənistan bununla da Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyir, eləcə də suverenliyi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edir. Əslində, sülh sazişinin imzalanması üçün aparılan danışıqlarda Azərbaycanın əsas hədəflərindən biri də bu idi. Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri və dördtərəfli görüşdə iştirakı, əldə olunan nəticə qalib ölkənin dünyada böyük nüfuzunun göstəricisidir. Bu, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğuru kimi dəyərləndirilir. Avropa İttifaqı ilə Azərbaycan arasında təmasların sayı, eyni zamanda qarşılıqlı etimad artıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə Toplantısında iştirak etdi və "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxış edərək bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan etdi. “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması olmaqla yanaşı, burada məqsəd ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir. 44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi Zirvə toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu şəkildə və birlik ruhunda bir araya gətirir. Prezident İlham Əliyev Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi. O cümlədən gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi də müzakirə olundu.
Praqa görüşünün yekununda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”.zərbaycanın televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Beləliklə, Ermənistanın acı məğlubiyyətə uğraması ilə nəticələnən daha bir görüş tarixə düşdü.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB