Regionun ən nüfuzlu siyasi təşkilatı Yeni Azərbaycan Partiyasıdır FOTOLAR

Regionun ən nüfuzlu siyasi təşkilatı Yeni Azərbaycan Partiyasıdır FOTOLAR

13 oktyabr 2022-ci il tarixdə YAP Tərtər rayon təşkilatınının qərargahında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar gənclərlə görüş keçirilib.Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdiyini söyləyib. Bildirib ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilən YAP bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.Sonra YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev öz çıxışında regionun ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-nın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Məhz bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. Tədbir iştirakçılarından Quliyev Şəhram, Əliyev Vüsal və Həsənova Fərqanə çıxışlarında bildirdilər ki, YAP- ın öz sıralarında 700 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, regionda böyük siyasi qüvvəyə çevrilib. Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən, iştirak etdiyi bütün seçkilərdə üstün qələbələr qazanan Yeni Azərbaycan Partiyasında təmsil olunmaq çox böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qayğı ilə əhatə olunmuş gənclərin YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin gerçəkliyə çevrilməsinin təsdiqidir.Yeni Azərbaycan Partiyasının gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər. Çünki müəyyən dairələr ictimai rəyi çaşdırmağa çalışırlar. Ona görə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarını fəal, düzgün və əsaslandırılmış formada geniş ictimaiyyət arasında təbliğ olunması vacib məsələdir. Məhz bu baxımdan, biz gənclər üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə