"Əgər Fransa həqiqətən də bölgədə sülhü dəstəkləyirsə,..." - DEPUTAT ŞƏRH ETDİ
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi və geoiqtisadi mənzərə regionun aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən real güc kimi qəbul edilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlərdə, beynəlxalq təşkilatlar və platformalardakı çıxışları, dövlət başçısının dünya liderləri sırasında qəbul edilməsi dediklərimizin bariz nümunəsidir: "Post-müharibə dövründə dayanıqlı sülhün əldə edilməsi üçün Azərbaycanın göstərdiyi cəhdlər pozitiv addımlar kimi səciyyələndirilməlidir. Praqada keçirilən görüş, Azərbaycan və Ermənistan dövlət başçıları arasında baş tutan görüşlər və orada qəbul olunmuş bəyanatlar onu deməyə əsas verir ki, gələcəyə nikbin baxa bilərik. Bu kontekstdən baxdıqda Fransanın əvvəlki illərdən bu münaqişəyə olan münasibəti ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral mövqeyini qırağa qoyaraq işğalçı tərəfi dəstəkləməsi, şərin yanında olması heç kimə sirr deyil.
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə Emmanuel Makronla görüşlərində, telefon danışıqlarında açıq aydın bu fikri söyləyib və Fransanın mövqeyinin anlaşılmaz olduğunu bildirib. Son zamanlarda hər iki ölkənin arasındakı münasibətlərin normallaşması istiqamətində gedən görüşlərdə Şarl Mişelin vasitəçiliyi ilə real nəticələrin əldə olunmasını pozitif qiymətləndiririk. Lakin Fransa Prezidenti Emmanuel Makronun bu görüşləri pozmağa cəhd etməsi ondan irəli gəlir ki, Makron Azərbaycan ilə Ermənistan münasibətlərinin normallaşmasını istəmir. Təbii ki, bu Azərbaycan tərəfindən qəbuledilməzdir. Emmanuel Makronun bu cəhdləri və digər prosesləri idarə etməyə çalışması əbəsdir. Əgər Fransa həqiqətən də bölgədə sülhü dəstəkləyirsə, əldə olunmuş razılıqların müsbət istiqamətdə irəliləməsi üçün öz töhfəsini verməlidir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB