YAP Azərbaycanı parlaq gələcəyə aparmağa qadir olan partiyadır FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının S.Vurğun küç. 83 üzrə ərazi partiya təşkilatında görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, S.Vurğun küç. 83 üzrə ərazi partiya təşkilatının sədri Ziyəddin Allahverdiyev və digər məsul şəxslər iştirak edib. Görüşdə çıxış edən S.Vurğun küç. 83 ( Maliyyə Nazirliyi) üzrə ərazi partiya təşkilatının sədri Ziyəddin Allahverdiyev ərazi partiya təşkilatının fəaliyyətindən və qarşıdan duran vəzifələrdən bəhs edib. YAP yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə aparmağa qadir partiya olduğunu öz fəaliyyəti ilə sübuta yetirdiyini vurğulayıb. YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyamız regionun ən güclü siyasi qüvvəsinə çevrilərək, uğurlu fəaliyyət göstərir və onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ulu Öndər olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. Daha sonra çıxış edən partiya fəalı Könül Qidayeva ərazi partiya təşkilatının cari məsələləri ilə bağlı çıxış edib və ərazi partiya təşkilatının bundan sonra da partiyanın ümumi fəaliyyətinə dəstək verəcəyini qeyd edib.
Tədbir sonra müzakirələrlə davam etdirilib.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB