"NATO Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləyir" - Xavier Kolomina

“NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”. SİA xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "tvitter"də bildirib.

“Bu gün Praqada prezident Emmanuel Makron, Aİ Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti Əliyev görüşüb. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir” – deyə xüsusi nümayəndə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə