Ermənistan müdafiə nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", deyə MN-in məlumatında vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB