"2023-cü ilin “Heydər Əliyev İli” elan olunması çox düzgün bir addımdır" - DEPUTAT ŞƏRH ETDİ
"2023-cü ilin “Heydər Əliyev İli" elan edilməsi çox düzgün düşünülmüş bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bildiyimiz kimi, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi tamam olur: "İkincisi, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. Bugünkü Azərbaycanın rifahı Ulu Öndərin adı ilə bağlıdır. Məhz Onun sayəsində biz “Əsrin müqaviləsi”ni bağladıq. Bildiyimiz kimi, həmin dövrdə vəziyyət gərgin idi. Məhz Ümummilli Lider Heydər Əliyevin cəsarəti nəticəsində “Əsrin müqaviləsi” bağlandı. Bu müqavilə ilə Azərbaycan dövlətinin strategiyası müəyyən edildi. Əgər bu gün Azərbaycanın iqtisadiyyatı inkişaf edirsə, bu, Heydər Əliyevin sayəsindədir.
Hesab edirəm ki, onun həyatı başdan-başa Azərbaycanın tarixi ilə bağlıdır. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması çox düzgün bir addımdır. Düşünürəm ki, Azərbaycan xalqı bu ili çox böyük ləyaqət və ehtiramla keçirəcək”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB